Neftçaladakı «Azərmaş» avtomobil zavodunda 2019-cu ilin əvvəlindən etibarən avtomat sürət qutulu avtomobillərin buraxılışına başlanacaq. Bu barədə FED.az-a zavodun direktoru Emin Axundov bildirib.
Onun sözlərinə görə, gələn ilin əvvəlindən müəssisədə «Pejo» avtomobilləri buraxılacaq ki, onlar da avtomat sürət qutusu ilə təmin ediliblər. Qeyd edək ki, «Azərmaş» müəssisəsində Azərbaycanın tərəfdaşı olan İranın «Xodro» şirkətinin «Pejo» avtombillərinin istehsalı üçün lisenziyası var. Bu modellər də onun əsasında buraxılacaq.
Xatırladaq ki, indiyədək «Azərmaş»da İranın «Samand» avtomobillərinin bazasında «Xəzər» modelləri buraxılıb. Mexaniki sürət qutusu ilə təchiz edilmşi bu modellərin qiyməti 14-18 min manat arasındadır.
Azərbaycanda avtomat sürət qutulu – AVTOMOBİL BURAXILACAQ
15:45
21 Noy 2018