Əmlak Məsələləri Dövlət Xidməti dövlət təşkilatlarının balansında olan avtomobillərin satışı üzrə iyunun 14-də keçirilən hərracın nəticələrini açıqlayıb.
Sürücülük vəsiqəsi imtahanı robota tapşırıldı – 10 min nəfərdən - 7 Mini Kəsildi
FED.az xəbər verir ki, hərracda 9 avtomobil özəlləşdirilib.
Hərracda satılan avtomobillər əsasən Avropa, Amerika istehsalıdır və onların buraxılış tarixi 1996-2011-ci illər arasında dəyişir.
Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar 21 və 28 iyun tarixlərində keçiriləcək.
Hərracda özəlləşdirilən avtomobillər bunlardır:
№ |
Təşkilatın adı |
Avtomobilin markası |
Buraxılış ili |
Hərracda ilkin satış qiyməti (manat) |
Hərracda yekun satış qiyməti (manat) |
1 |
Baş Prokurorluq |
Volkswagen Passat |
2009 |
6000 |
6000 |
2 |
Baş Prokurorluq |
Volkswagen Passat |
2011 |
6750 |
6750 |
3 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Bakı Telefon Rabitəsi" MMC |
Nissan Maxima |
2004 |
3000 |
3000 |
4 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azərpoçt" MMC |
Chevrolet Epica |
2010 |
6000 |
6000 |
5 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Bakı Telefon Rabitəsi" MMC-nin tabeliyində "Azeurotel" MMC |
UAZ 3962 |
1996 |
2250 |
2250 |
6 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Radiotezliklər İdarəsi |
Uaz 3909 |
2004 |
3375 |
3375 |
7 |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Aztelekom" MMC |
VAZ-21214 |
2006 |
3600 |
3600 |
8 |
Dövlət Təhlükəsizliyi Xidməti |
Peugeot 607 |
2005 |
2250 |
2275 |
9 |
Dövlət Təhlükəsizliyi Xidməti |
Land Rover Frelander |
2009 |
4500 |
4500 |