Cari ilin yanvar-fevral aylarında ölkədə 480 minik avtomobili istehsal olunub.
Eləcə də bax: Rusiyanın avtomobil zavodları fəaliyyətini dayandırır
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində iki ayda 98,3 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,5 dəfə artıb.