2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 2 524 ədəd minik avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 658 ədəd və ya 35,3% artıb.
2023-cü ilin yanvar-iyul istehsal olunmuş avtomobillərin sayı 1 866 idi..
2024-cü ilin 1 iyul tarixinə ehtiyatda 373 avtomobil olub.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 261 ədəd yaxud 41,2% azdır.
2023-cü ilin 1 iyul tarixinə anbarlarda qalan minik avtomobillərinin sayı 634 ədəd olub.