2021-ci ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycanda 1214 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çox ( və ya 44 ədəd çox) minik avtomobili istehsal olunub.
Eləcə də bax: Sabahdan benzinin qiyməti artacaq -YENİ QİYMƏTLƏR
2021-ci ilin yanvar-iyul aylarında (7 ayda) Azərbaycand 940 ədəd minik avtomobili istehsal edilmiş və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% az (və ya 134 ədəd az) idi. Beləliklə, avqustda Azərbaycanda 274 ədəd minik avtomobili istehsal edilib. İyulda Azərbaycandakı müəssisələr tərəfindən 145 ədəd avtomobil buraxılmışdı.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.09.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 239 ədəd təşkil edib. 01.08.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 141 ədəd təşkil etmişdi.
TRAKTOR İSTEHSALI KƏSKİN ARTIB
2021-ci ili yanvar-avqust aylarında Azərbaycanda 432 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb. 01.09.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 59 ədəd təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir. (Marja)