Bu ilin ilk 7 ayında Azərbaycana 11 min 700 avtomobil gətirilib. FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir. Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 69-u avtobuslar, 10 min 402-si minik maşınlarıdır. İdxal olunan avtomobillərin 1157-si yük maşınları, 72-si isə xüsusi təyinatlı maşınlardır.
Eləcə də bax: 250 manata “07” lazımdır? - AVTOMOBİL HƏRRACI
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən maşınların saynıda kəskin artım var. Belə ki, ümumi idxal olunan maşınların sayı 2,6 dəfə (ötən il 4468 idi), minik maşınlarının sayı isə 2,7 dəfə (ötən il 3791 idi) yüksəlib.
Ölkəyə gətirilən yük maşınlarının və xüsusi texnikanın sayında da artım var. Yük avtomobilləri 2,2 dəfə (ötən il 519 idi), xüsusi təyinatlı avtomobillər isə 53% (ötən il 47 idi) yüksəlib.