Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana 39 min 988 ədəd avtomobil idxal olunub.
FED.az xəbər verir ki, bu göstərici 2018-ci ilin yanvar-noyabr dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Dövlət Gömrük Komitəsinin rəqəmlərindən aydın olur ki, Azərbaycana gün ərzində 121 avtomobil idxal edilir.
Eləcə də bax: Avtomobil idxalı - 2 DƏFƏYƏ YAXIN ARTIB
FED.az-ın müşahidələrinə görə, son aylar, xüsusilə də köhnə avtomobillərin ölkəyə gətirilməsinin çətinləşdiriləcəyi elan ediləndən sonra avtomobil idxalı kəskin artıb.
Eləcə də bax: Azərbaycan Gürcüstandan avtomobil idxalını - 2,2 DƏFƏDƏN ÇOX ARTIB
Belə ki, ölkəyə ən az avtomobil yanvarda gətirilib – 2512 ədəd. Bundan sonra isə rəqəmlər sürətlə artmağa başlayıb. Son 3 ayda – sentyabr, oktyabr və noyabrda ölkəyə ay ərzində gətirilən avtomobillərin sayı 4 mindən aşağı düşməyib. Ödkəyə avtomobil idxalının aylar üzrə göstəriciləri belədir:
Yanvar - 2512 ədəd
Fevral – 2 657 ədəd
Mart - 2 809 ədəd
Aprel - 3 717 ədəd
May - 3 890 ədəd
İyun - 3 155 ədəd
İyul - 4 234 ədəd
Avqust - 3 721 ədəd
Sentyabr - 4 213 ədəd
Oktyabr - 4 549 ədəd
Noyabr - 4 531 ədəd