Avto

Azərbaycana xaricdən avtomobil idxalı - 3 DƏFƏ AZALIB

Azərbaycana xaricdən avtomobil idxalı - 3 DƏFƏ AZALIB | FED.az
11:38 14 May 2020

Aprel ayında Azərbaycana xarici ölkələrdən avtomobil idxalı 3 dəfədən çox azalıb.

Eləcə də bax: Azərbaycan iş adamları Almaniyada - UCUZLAŞAN AVTOMOBİLLƏRİ ALIB «STOKLAYIRLAR»

FED.az bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadən xəbər verir.

Komitənin məlumatına görə, yanvar-aprel aylarında ölkəyə xaricdən 17 196 avtomobil gətirilib ki, bunun da 16 020-si minik avtomobilləridir.

Aprel ayında isə ölkəyə gətiridən maşınların sayı 1704 olub ki, bunlardan 1603-ü minik avtomobilləridir.

Apreldə ölkəyə gətirilən avtomobillərin sayı mart ayı ilə müqayisədə 2,3 dəfə, fevralla müqayisədə 3,3 dəfə, yanvar ayının göstəriciləri ilə müqayisədə isə 3,5 dəfə azalıb. 

Qeyd edək ki, martda ölkəyə ümumilikdə 3 945, o cümlədən 3700 minik avtomobili gətirilmişdi.

Fevralda ümumilikdə 5 641 avtomobil, o cümlədən 5 157 minik avtomobili gətirilib.

Yanvarda isə ümumilikdə 5906 avtomobil, o cümlədən 5560 minik avtomobili gətirilib.

Digər xəbərlər

Banner