Azərbaycanda koronavirus səbəbindən zəmifləyən avitomobil idxalı iyun ayında sürətlə artmaqdadır.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk ilk 6 ayında ölkəyə 23 413 avtomobil gətirilib. Bu ötən ilin birinci yarısı ilə müqayisədə 4 573 ədəd və ya 25% artıqdır.
Eləcə də bax: Təcili: Avtomobilər, siqaret və lüks mallar üçün - GÖMRÜK RÜSUMLARI ARTIRILACAQ
Xatırladaq ki, ilin ilk aylarında avtomobil idxalı artsa da, mart və aprel aylarında xaricdən idxal kəskin azalmışdı. Amma may ayından xaricdən avtomobil gətirilməsi artmağa başlayıb. İyun aynıda isə daha yda yüksəlib.
Belə ki, ölkəyə yanvarda 5906 avtomobil, fevralda 5641 avtomobil, martda 3945 avtomobil, apreldə 1704 avtomobil, may ayında isə 2482 avtomobil gətirilib.
İyun ayında isə ölkəyə 3735 avtomobil gətirilib ki, bu da aprellə müqayisədə 2 dəfə, may ayından isə 50% artıqdır.