Avto

Azərbaycana gətirilən avtomobillərin sayı - ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ ARTIB

Azərbaycana gətirilən avtomobillərin sayı - ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ ARTIB | FED.az
14:11 16 Sen 2019

Azərbaycana idxal olunan avtomobillərin sayı əhəmiyyətli dərəcədə artıb.

FED.az xəbər verir  ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana 329 mln dollar dəyərində 22 min 882 ədəd nəqliyyat vasitəsi idxal edilib.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə avtomobil idxalı say baxımından 2 dəfə, qiymtə baxımından isə 1,6 dəfə artıb.

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana 289 mln 973 min dollar dəyərində 20 min 800 ədəd avtomobil, 31 mln 443 min dollar dəyərində 1943 ədəd yük avtomobili, 7 mln 497 min dollar dəyərində isə 139 avtobus idxal edilib.

Digər xəbərlər