2022-ci ilin yanvar-iyul aylarında ölkəyə 38 140 ədəd minik avtomobili, 2 717 ədəd yük avtomobili, 329 ədəd avtobus idxal olunmuşdur.
Eləcə də bax: Daşıyıcı şirkətlər sürətlə müflisləşir - AVTOBUSLAR SATIŞA ÇIXARILIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
2022-ci ilin 7 ayında Azərbaycana ümumilikdə 45 mln. 742 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9.1 dəfə çoxdur.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 329 ədəd avtobus (artım 5.1 dəfə) idxal olunub.
İdxal olunan avtobusların məbləğ ifadəsilə miqdar ifadəsindən daha çox artması avtobusların bahalaşdıqlarına işarədir. Cari ilin 7 ayında bir avtobusun orta idxal qiyməti təxminən 139 min dollar (236 min manat) təşkil edib.