Azərbaycanda avtomobil idxalının həcmi 2021-ci ilin ilk 7 ayı ərzində 47 374 ədəd olub. Öncəki ilin eyni dövründə bu 27 792 idi.
Eləcə də bax: Əslində neçə manatlıq maşın almalıyıq? – HESABLAMA
FED.az Banker.az-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin statistik açıqlamalarında bildirirlər.
Cari ilin ilk yanvar-iyul aylarında idxal edilən avtomobillərin idxal dəyəri isə 340.97 mln. dollar idi.
İdxal edilmiş avtomobillərin 44 048-i minik avtomobilləri, o cümlədən 5 879-u (2020: 2 453, yəni 2.4 dəfə artım) “hibrid” mühərrikli, 44-ü (105) isə “e-car”lar təşkil edib. İdxal edilmiş “hibrid” mühərrikli avtomobillərin orta qiyməti 5 920 dollardan (10 064 manat) olmuşdur.