Avto

Azərbaycana hibrid maşınlarının – AXINI BAŞLAYIB – RƏSMİ AÇIQLANDI

Azərbaycana hibrid maşınlarının – AXINI BAŞLAYIB – RƏSMİ AÇIQLANDI | FED.az
10:58 20 Fev 2020

Azərbaycana xaricdən gətirilən hər 100 minik avtomobilindən 12-si hibrid maşınlardır.

Eləcə də bax: Azərbaycana xaricdən maşınlar – BU QİYMƏTƏ GƏTİRİLİR – MƏBLƏĞLƏR

FED.az xəbər verir ki, 2020-ci ilin yanvarında ölkəyə 5560 minik avtomobili gətirilib. Ötən illə müqayisədə minik maşınlarının sayı 2,5 dəfə artıb  - ötən ilin yanvarında gətirilən minik maşınları 22 67 ədəd olmuşdu.

Bu il gətirilən minik avtomobillərinin 12%-i hibrid (həm yanacaq, həm də elektriklə işləyən) maşınlardır – yanvarda ölkəyə 659 hibrid avtomobil gətirilib.

Bundan başqa, yanvar ayında ölkəyə 7 elektriklə işləyən avtomobil gətirilib.

Ümumiyyətlə yanvar ayında ölkəyə xaricdən bütün növlər üzrə 5906 avtomobil gətirilib. Ötən ilin yanvarı ilə müqayisədə artım 2,4 dəfədir.

Məsələn, ölkəyə gətirilən avtobusların sayı 2 dəfə artaraq 36 olub. Yük avtomobilləri isə 77 ədəd artaraq 292 ədədə çatıb.

Digər xəbərlər