Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 443 milyon 245 min dollar dəyərində 15 min 710 ədəd hibrid avtomobil idxal olunub.
Elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texniklər hazırlanacaq
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü iln eyni dövrü ilə müqayisədə hibrid avtomobillər dəyər ifadəsi ilə 190 milyon 87 min dollar və ya 75,1%, miqdar ifadəsi ilə 5 106 ədəd və ya 48,2% artıb.
1 ədəd hibrid avtomobilin orta ixrac qiyməti 2024-cü ilin doqquz ayında orta hesabla 28 min 214 dollar (47 min 964 manat) olub ki, bu da son bir ildə 4 min 340 dollar (7 min 379 manat) və ya 18,2% bahalaşma deməkdir.
2023-cü ilin yanvar- sentyabr aylarında isə 1 ədəd hibrid avtomobilin orta ixrac qiyməti 23 min 874 dollar (40 min 586 manat) olub.