Ötən il Azərbaycana xaricdən 76,592 mln. ABŞ dolları dəyərində 12 936 vahid hibrid (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edilib.
Eləcə də bax: Elektromobillərə görə idxal gömrük rüsumu - ALINMAYACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, hibrid avtomobillərin idxalı 2020-ci illə müqayisədə 2,5 dəfə artıb.
Ötən il hibrid avtomobillərin əsas idxal bazarları:
Ölkə |
Sayı |
Dəyəri, mln. dollar |
Yaponiya |
12 310 |
61,97 |
ABŞ |
286 |
6,82 |
Meksika |
70 |
0,61 |
Cənubi Koreya |
52 |
0,40 |
Almaniya |
50 |
3,34 |