Azərbaycana yeni Çin avtomobilləri gətiriləcək.
FED.az xəbər verir ki, yeni avtomobillər Çinin premium avtomobillər sinfinə daxil olan olan «FAW» brendidir. Bu brend Çinin ilk avtomobil zavodu hesab olunur və bu brendin «Hongqi» modeli Çinin prezidenti və baş nazirinin istifadəsinə daxildir.
Avtomobilləri Azərbaycana gətirəcək Cahan Motors şirkətinin rəsmisi Rövşən Mehdiyevin sözlərinə görə, FAW brendinin Azərbaycana «Bestune» və « Hongqi » modelləri gətiriləcək: «Bunlar premium avtomobillərdir. Çində bütün dövlət işçiləri bu avtomobillərdən istifadə edirlər. «FAW» Çinin ən böyük avtomobil zavodu olduğu üçün, zavodda başqa maşınlar da yığılır. Misal olaraq Volkswagenin və Mazdanın bəzi modelləri qeyd etdiyimiz zavodda istehsal olunur» -deyə Rövşən Mehdiyev bildirib.
Eləcə də bax:Azərbaycanda satılan ən bahalı - 10 AVTOMOBİL - SİYAHI
Avtomobillər gətirilmədiyinə görə, kredit və satış şərtləri hələ açıqlanmır. «FAW»ın ölkəmizə «Besturn B30», «T-33» , «T-77», «T-99» modelləri və « Hongqi » gətiriləcək.
« Hongqi » modeli FAW-nın digər modelllərindən bir qədər sonra gətiriləcək. Bu avtomobillərin interyerində Xiaomi telefonlarının monitorlarından istifadə olunub»- deyə şirkət rəsmisi FED.az-a bildirib.
«Biz maşınları olduğu kimi sifariş vermişik. Yəni komplektasiyalarda hər hansı ixtisarlara yol verməmişik. Bu avtomobillər Çinin ən üstün brendləri sayılır. Hətta Azərbaycan bazarında da bu cür zəngin komplektasiyada premium avtomobillər olsa da, FAW onlardan qiymətcə qat-qat ucuz olacaq»- deyə Rövşən Mehdiyev bildirib.