Rusiyanın «Avtovaz» şirkəti bir sıra modellərinin, o cümlədən Azərbaycanda da populyar olan «Niva»ların qiymətini artırıb.
"Niva Travel 2022"nin satışı - BAŞLAYIR - QİYMƏT
FED.az xəbər verir ki, müəssisənin açıqlamasına görə, bahalaşma həm «Lada Niva Travel», həm də klassik model olan «Niva Legend»i əhatə edir.
«Lada Niva Travel»in qiyməti 1 milyon rublu keçib və artıq minimum qiymət 1014 min rubldur - bu təqribən 1300 dollar və ya 23 min manatdır. Bu modelin daha bahalı variantının qiyməti isə 1 236 min rubl və ya 28 min manatı keçib.
Azərbaycanda daha geniş yayılan variant «Niva Legend» isə 2,5-2,6% bahalaşaraq 822-902 min rubla – 11-12 min dollara çatıb.
FED.az xəbər verir ki, avtomobillərin qiymətindəki bahalaşma özünü Azərbaycanda da göstərəcək. Bu barədə Azərbaycanda «Lada» avtomobillərinin rəsmi distribütoru olan «Xəzər Lada» ASC-dən bildirilib. Bununla yanaşı, şirkətdən qeyd edilib ki, 2022-ci ilin ortalarından indiyədək Rusiyadan Azərbaycana «Niva» avtomobillərinin gətirilməsi dayandırılıb. «Yeni avtomobillərin qarşıdakı bir neçə həftədən sonra gətiriləcəyini gözləyirik»-deyə şirkətdən bildiriblər. Hələlik yeni qiymətlər açıqlanmayıb, amma hələ ötən ilin ortalarında «Niva»lar Azərbaycanda 20 min manatdan satılırdı.