Bu ilin ilk 8 ayında Azərbaycana 63,7 milyon dollar dəyərində 5 min 369 ədəd yük daşımaq üçün nəqliyyat vasitəsi idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə yük avtomobillərinin idxalı dəyər ifadəsi ilə 28,2 milyon dollar və ya 30,7%, miqdar ifadəsi ilə isə 96 ədəd və ya 1,8% azalıb.
Ötən ilin eyni dövründə xaricdən 92 milyon dollar dəyərində 5 min 465 ədəd yük avtomobili gətirilmişdi.
1 ədəd yük avtomobilinin orta idxal qiyməti 2025-ci ilin 8 ayının nəticələrinə görə orta hesabla 11 min 871 dollar (20 min 181 manat) olub ki, bu da son bir ildə 4 min 962 dollar (8 min 435 manat) və ya 29,5% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd yük avtomobilinin orta idxal qiyməti 16 min 833 dollar (28 min 616 manat) olub.