FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan və Latviya arasında 2019-2020-ci illər ərzində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti üzrə protokol imzalanıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, protokol Riqada keçirilən Azərbaycan ilə Latviya arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Latviya-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası çərçivəsində imzalanıb.
“Yekunda 2019-2020-ci illər ərzində ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti müəyyən edildikdən sonra müvafiq Protokol imzalanıb”, – məlumatda bildirilir.