Avto

Azərbaycan Rusiyadan avtomobillərin idxalını təqribən - 1,5 DƏFƏ ARTIB

Azərbaycan Rusiyadan avtomobillərin idxalını təqribən - 1,5 DƏFƏ ARTIB | FED.az
12:00 27 Sen 2019

Azərbaycan 2019-cu ilin birinci yarısında Rusiyadan 25 mln. 474,61 min dollar məbləğində avtonəqliyyat vasitələri idxal edib. Bu barədə hökumətdən məlumat verilib.

FED.az xəbər verir ki, “Yanvar-iyun aylarında Azərbaycan Rusiyadan 25 mln. 475 min dollar ümumi məbləğdə 2193 ədəd avtonəqliyyat vasitəsi idxal edib. 2018-ci ilin analoji dövrü ilə müqayisədə say ifadəsində idxal 49,8%, dəyər ifadəsində 60% artıb”, - hökumətdən qeyd ediblər.

Eləcə də bax: Gürcüstandan Azərbaycana avtomobil idxalı - 2 DƏFƏDƏN ÇOX ARTIB

İdxalın böyük həcmi minik avtomobillərinin payına düşüb. Ümumilikdə, 6 ay ərzində Rusiyadan minik avtomobillərinin tədarükü 19 mln. 231 min məbləğində (artım 65,3%) 2063 ədəd təşkil edib (artım 59%). 

“İnterfaks-Azərbaycan” 

Digər xəbərlər