Azərbaycan 2019-cu ilin yanvar-avqust aylarında Rusiya istehsalı olan 2,6 min ədəd minik avtomobili idxal edib.
FED.az məlumat verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, Rusiya istehsalı olan avtomobillərin idxalına görə ilk onluğa daxil olan Azərbaycan 4-cü yerdə qərarlaşıb.
Eləcə də bax: Azərbaycan Rusiyadan avtomobillərin idxalını təqribən - 1,5 DƏFƏ ARTIB
Rusiyadan avtomobil idxal edən ölkələr arasında 1-ci yerdə Çexiya (6,9 min ədəd), 2-ci yerdə Özbəkistan (5,2 min ədəd), 3-cü yerdə Latviya (3,1 min ədəd) gəlir.
Cari ilin yanvar-avqust aylarında Azərbaycan 24,088 min ədəd minik avtomobili idxal edib. Beləliklə, idxalda Rusiya avtomobil sənayesinin payı cəmi 10,8% təşkil edir.
"İnterfaks-Azərbaycan"