Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 236,9 mln manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Eləcə də bax: Avtomobillərin alqı-satqı zamanı qeydiyyat qaydası dəyişib
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,2%, sair nəqliyyat vasitələrinin istehsalı 59,4% artıb, maşın və avadanlıqların istehsalı isə 28,9% artıb.
Yanvar-sentyabr aylarında Azərbaycanda 1 382 ədəd minik avtomobili istehsal olunub. Bu ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 306 әdәd və ya 18,1% az minik avtomobili təşkil edir. Bu il oktyabrın 1-nə ölkədə 140 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ötən dövrü ərzində ölkədə 220 ədəd traktor da istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 73,7% azdır. Bu il oktyabrın 1-nə ölkədə 183 ədəd hazır məhsul ehtiyatı yaranıb. (Report)