Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın motosiklet və ehtiyat hissələri ixracı öncəki illə (21 mart 2022 -20 mart 2023) müqayisədə 12,5% artıb.
Bu motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşib
FED.az bunu İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və Gömrük Administrasiyasının baş direktoru Məhəmməd Rezvanifər deyib.
Onun sözlərinə görə, ötən İran ilində İran 8,63 milyon dollar dəyərində motosiklet və ehtiyat hissələri ixrac edib. Motosiklet və ehtiyat hissələri, əsasən, İraq, Əfqanıstan və Azərbaycana ixrac olunub.
Rezvanifər deyib ki, ötən İran ilində İran təxminən 133 milyon dollar dəyərində avtomobil və ehtiyat hissələri ixrac edib. Bu da öncəki illə müqayisədə 25,2% artımın olduğunu göstərir.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən İran ilində İranın qeyri-neft məhsul ixracı 49,3 milyard dollar dəyərində 136 milyon tondan çox təşkil edib. İranın qeyri-neft məhsul ixracı öncəki illə müqayisədə dəyər baxımından 8,87% azalıb, çəki baxımından 9,82% artıb. (Trend)