Avto

Azərbaycan Gürcüstandan yük maşını və traktor idxalını - Artırıb

Azərbaycan Gürcüstandan yük maşını və traktor idxalını - Artırıb | FED.az
10:24 20 Aprel 2021

Bu ilin I rübündə Gürcüstandan Azərbaycana 4,077 milyon ABŞ dolları dəyərində 609 ədəd yük maşını ixrac olunub.

FED.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Eləcə də bax: Azərbaycandan Gürcüstana sement ixracı - Artıb

Məlumata əsasən, nəqliyyat vasitələrinin sayı ötən ilin eyni dövrünə nisbətdə 203 ədəd çoxdur.

Yanvar-martda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 367 min ABŞ dolları olan 23 ədəd traktor da idxal edib ki, bu da illik müqayisədə 10 ədəd çoxdur. (Report)

Banner
Banner

Digər xəbərlər