Tezliklə Neftçala Sənaye Məhəlləsində yerləşən Avtomobil Zavodunda biznes klass sinfinə daxil olan avtomobilin yığımı başlayacaq.
Eləcə də bax: Azərbaycanda "QAZ" avtomobillərinin - YIĞIMI BAŞLAYIR
FED.az bunu "Report"a "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, yeni avtomobilin qiyməti 40 min manatdan başlayacaq: "Bu yaxınlarda "Khazar" avtomobilinin tam yeni modeli olan "Khazar CC"in təqdimatını keçirəcəyik. Bu biznes sinif modelidir və son növ təchizatlarla təmin olunub. Belə ki, avtomobil avtomat ötürücü qutusuna malikdir. Artıq 30 ədəd istehsal etdiyimiz "Khazar CC" modifikasiyasından asılı olaraq qiyməti 40-45 min manat arasında dəyişəcək. Bazarda rəqiblərimizin təqdim etdiyi eyni komplektasiyalı maşınların qiyməti 56 min manatdan başlayır".
"Azərmaş" rəsmisi əlavə edib ki, yeni avtomobil Çinin bir sıra avtomobil istehsalçıları ilə birgə hazırlanır.