İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus 21 nəqliyyat vasitəsi özəlləşdirilib.
375 manatdan başlayan qiymətlə maşınlar hərraca çıxarılır – SİYAHI
Bu barədə FED.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, nəqliyyat vasitələrinə ümumilikdə 219 sifariş qəbul edilib, Əksər avtomobillər üzrə hərrac rəqabətli olub.
Belə ki, “Hyundaı İX-35” markalı avtomobilin start qiyməti 16 000 manat olsa da, son təklif 20 500 manata yüksəlib. Bundan başqa, 2 500 ilkin satış qiyməti ilə təklif edilən “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi 17 200 manata satılıb.
Növbəti hərrac iyulun 25-də keçiriləcək. Hərraca ümumilikdə 6 səhmdar cəmiyyətin səhm paketi, 7 kiçik dövlət müəssisəsi və obyekti, 41 nəqliyyat vasitəsi çıxarılacaq.
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan nəqliyyat vasitələrinin satışı üzrə 19 iyul 2023-cü il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı
| № | Balanssaxlayıcı təşkilatın adı | Nəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | İlkin hərrac qiyməti (manatla) | Yekun hərrac qiyməti (manatla) | 
| 1 | "ABB" ASC | Mercedes Sprinter | 90 JA 828 | 2007 | 3000 | 17500 | 
| 2 | "ABB" ASC | Volkswagen Passat | 77 Pc 458 | 2014 | 10000 | 10000 | 
| 3 | "ABB" ASC | Volkswagen Caddy | 90 JO 013 | 2011 | 3500 | 3500 | 
| 4 | "ABB" ASC | Volkswagen Passat | 77 PS 954 | 2014 | 10500 | 10500 | 
| 5 | "ABB" ASC | Hyundai İX-35 | 10 PL 469 | 2012 | 19000 | 19000 | 
| 6 | "ABB" ASC | Mercedes Sprinter | 10 JE 880 | 1998 | 2000 | 15500 | 
| 7 | "ABB" ASC | Hyundai Sonata | 10 PR 210 | 2013 | 13000 | 13000 | 
| 8 | "ABB" ASC | Hyundai Sonata | 90 AD 796 | 2013 | 11000 | 14500 | 
| 9 | "ABB" ASC | Mercedes Sprinter | 10 JT 119 | 2005 | 2500 | 16500 | 
| 10 | "ABB" ASC | Mercedes Sprinter | 90 JF 222 | 2008 | 3500 | 17500 | 
| 11 | "ABB" ASC | Mercedes Sprinter | 10 JT 118 | 2005 | 3000 | 15100 | 
| 12 | "ABB" ASC | Hyundai İX-35 | 10 JO 886 | 2013 | 15000 | 15000 | 
| 13 | "ABB" ASC | Hyundai İX-35 | 90 AB 061 | 2013 | 16000 | 20500 | 
| 14 | "ABB" ASC | Mercedes Sprinter | 10 JV 749 | 2005 | 1000 | 17600 | 
| 15 | "ABB" ASC | Hyundai İX-35 | 10 JO 038 | 2013 | 15000 | 15000 | 
| 16 | "ABB" ASC | Mercedes Sprinter | 10 JV 748 | 2005 | 2500 | 17200 | 
| 17 | "ABB" ASC | Hyundai İX-35 | 10 PR 793 | 2013 | 15000 | 19400 | 
| 18 | "ABB" ASC | Kia Rio | 10 PJ 702 | 2012 | 11500 | 12600 | 
| 19 | "ABB" ASC | Hyundai Accent | 10 PX 879 | 2011 | 12500 | 13900 | 
| 20 | "ABB" ASC | Mercedes Sprinter | 90 JF 333 | 2008 | 3300 | 18500 | 
| 21 | "ABB" ASC | Zontes (Motosikl) | 10 A 984 | 2014 | 1000 | 2100 | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








