10 mart 2023-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan nəqliyyat vasitələri açıqlanıb.
DTX-nin 48 maşını satışa çıxarılır – 1 700 manatdan 8 000 manatadək - SİYAHI
FED.az xəbər verir ki, “ABB”yə məxsus 21 nəqliyyat vasitəsi hərraca çıxarılıb.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.