Bu ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 112 milyon manatlıq məhsul istehsal edilib.
Eləcə də bax: Azərbaycanda olan avtomobillərin ümumi sayı - AÇIQLANIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7% artıb.
Yanvar-mart aylarında 672 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Bu ilin aprelin 1-nə ölkədə 221 ədəd hazır məhsul istehsalı yaranıb.
Yanvar-mart aylarında ölkədə 85 ədəd traktor istehsal edilib. Bu da illik müqayisədə 72,8% azdır. Amma bununla belə, aprelin 1-nə ölkədə 302 ədəd hazır məhsul istehsalı yaranıb.
"report"