Bu ilin yanvar-mart aylarında Azərbaycana 169,634 milyon ABŞ dolları dəyərində 15 492 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Eləcə də bax: Azərbaycanda olan avtomobillərin ümumi sayı - AÇIQLANIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 514 ədəd və yaxud 94,2% çoxdur. Ötən ilin 3 ayında ölkəyə 7 978 avtomibil gətililmişdi.
1-ci rübdə abtobusların idxalı 22 ədəd və yaxud 50% artaraq 66 ədəd (7,4 milyon ABŞ dolları dəyərində), minik avtomobillərinin idxalı 7 203 ədəd və ya 2 qat artaraq 14 417 ədəd (140,385 milyon ABŞ dolları dəyərində) olub.
Bu avtomobillərin 1 566-sı (6,681 milyon ABŞ dolları dəyərində) hibrid, 14-ü (90 min ABŞ dolları dəyərində) isə elektrik avtomobilləridir.
Bundan əlavə, yük avtomobillərinin idxalı 329 ədəd və yaxud 51,2% artaraq 972 ədəd (10,547 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı avtomobillərin idxalı isə 4 ədəd və yaxud 9,8% azalaraq 37 ədəd (5,564 milyon ABŞ dolları) olub.