Bu ilin yanvar-aprel aylarında Azərbaycana 245 milyon ABŞ dolları dəyərində 23 854 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22% və 38,7% çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 36,2 % azalaraq 44 ədəd (4,515 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 1,4 % azalaraq 21 948 ədəd (209,176 mlyoin ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 2 805-i (16,504 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 24-ü (948 min ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 69,6 % artması, ikincinin isə 5 ədəd yaxud 26,3 % artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 73,7 % artaraq 1 820 ədəd (25,166 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 28,8 % azalaraq 42 ədəd (5,721 milyon ABŞ dolları dəyərində) olub. (Report)