Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 744,4 milyon ABŞ dolları dəyərində 72 902 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Eləcə də bax: Hibrid və elektromobil avtomobillər ucuzlaşacaq - EKSPERT
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına (DGK) görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 45,6 % və 70,2 % çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 19,2 % artaraq 186 ədəd (27,8 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 72,5 % artaraq 68 024 ədəd (630,2 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 10 033-ü (61 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 106-sı (2,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,5 dəfə artması, ikincinin isə 25,35 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 69,1 % artaraq 4 571 ədəd (72,8 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 7,1 % azalaraq 113 ədəd (13,6 milyon ABŞ dolları dəyərində) olub.