"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyində icraçı direktor vəzifəsinə təyinat olub.
Eləcə də bax: “AS Group Investment”in şirkətinin - RƏHBƏRİ DƏYİŞİB
FED.az xəbər verir ki, bu vəzifə qurumun Nəzarət-təftiş komitəsinin üzvü, avtomobil bazarı üzrə tanınmış ekspert Eyyub Əliyevə həvalə edilib.
Vəzifə təyinatı ilə bağlı qərar AADA-nın geniş tərkibdə toplantısında qəbul edilib. Toplantıda həmçinin Assosiasiyanın İdarə Heyəti tam formalaşdırılıb. (Report)