Bu ilin yanvar-fevral aylarında Azərbaycana 46,7 milyon dollar dəyərində 243 ədəd avtobus idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtobus idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 37,8 milyon dollar və ya (5,2 dəfə), miqdar ifadəsilə isə 137 ədəd, başqa sözlə (2,3 dəfə) çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə 8,9 milyon dollar dəyərində 106 ədəd avtobus gətirilmişdi.
Bu ilin yanvar-fevral aylarının nəticələrinə görə idxal olunan bir avtobusun orta qiyməti 192 min 298 dollar (təxminən 326 min 907 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 84 min 154 dollar (təxminən 143 min 062 manat) idi. Bu da illik müqayisədə 108 min 144 dollar (183 min 845 manat) və ya 128,5% bahalaşma deməkdir.











