4 mart 2024-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq “Azər-Türk Bank” ASC-nin balansında olan nəqliyyat vasitələri haqqında elan verilib.
FED.az xəbər verir ki, hərraca banka məxsus 11 nəqliyyat vasitəsi çıxarılıb.
Beh “Azər-Türk Bank” ASC-nin hesabına köçürülməlidir.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
“Azər-Türk Bank” ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcəkdir.