Parlament nəqliyyat vasitələrinin utilizasiyası tələblərini pozanların cərimələnməsinə dair layihəni təsdiqləyib.
FED.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası zamanı "Tullantılar haqqında" qanunun tələblərinin pozulmasına və yaxud yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat cərimə ödəyəcək.
Bundan başqa, digər yeni maddə ilə utilizator tərəfindən utilizatorların reyestetrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə yenə də vəzifəli şəxslərin 300 manat, hüquqi şəxslərin isə 600 manat cərimə edilməsi nəzərdə tutulur.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.