Banner

Avto

Avtomobillərin texniki baxışı özəl şirkətlərə verilir  – HÖKUMƏTƏ TAPŞIRIQ

Avtomobillərin texniki baxışı özəl şirkətlərə verilir  – HÖKUMƏTƏ TAPŞIRIQ | FED.az
21:25 28 Dek 2018

Azərbaycanda Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətlərindən biri ləğv edilir. 
 
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
 
ELƏCƏ DƏ BAX: Şirkət avtomobillərinə – XÜSUSİ PLAN
 
Proqrama əsasən, Nazirlər Kabineti 2019-2021-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi ilə birlikdə nəqliyyat vasitələrinin texniki baxışının təkmilləşdirilməsi, texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini təmin etməlidir. 
 
Eyni zamanda bu müddət ərzində Nazirlər Kabineti Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi sahibkarlar tərəfindən texniki baxışın həyata keçirilməsi qaydasının hazırlanması və bu sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyətin müəyyən edilməsini təmin etməlidir.  
 
Qeyd edək ki, hazırda nəqliyyat vasitələrinin texniki baxışının həyata keçirilməsi Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətlərinə daxildir.
 

Digər xəbərlər

Banner