Azərbaycanda bu ilin noyabr ayında minik avtomobilləri 1,1% ucuzlaşıb. Bu müddətdə velosipedlərin qiymətində isə 0,2% artım qeydə alınıb. Fins.az-ın məlumatına görə, bu barədə məlumatı FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb, may-iyun aylarında isə hər ay üzrə 0,1%artıb, daha sonrakı ayda isə 0,2% azalma ilə əvəzlənib.
Eləcə də bax: Sürücülər necə cərimə olunacaq? - YENİ QAYDALAR
Avqust ayında minik avtomobilləri 0,8% bahalaşıb, sentyabr ayında 0,8% ucuzlaşıb, oktyabr ayında isə qiymətlər sabit qalıb. Velosipedlərin qiyməti isə yanvarda 0,7% artıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1%, may ayında 0,3%, iyunda 0,2%, iyulda 0,1%, avqustda 0,1% artıb. Sentyabrda 0,2% ucuzlaşma, oktyabrda isə 0,2% bahalaşma qeydə alınıb.
Rəsmi statistikaya əsasən, noyabrda 1 minik avtomobili üçün orta qiymət 34 436 manat, velosiped üçün isə 165manat təşkil edib.