Azərbaycanda avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu artırılır.
FED.az xəbər verir ki, bu, “Dövlət Rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksində tapıb.
Eləcə də bax: Neftçaladakı avtomobil istehsalı üçün pis xəbər - PEUGEOT-DAN İRAN QƏRARI
Layihəyə əsasən, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatadək artırılır.
Qeyd edək ki, qüvvədə olan qanuna görə avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu 17 manatdır.