Avto

Avtomobillərin dövlət qeydiyyatına alınmasına görə - YENİ RÜSUMLAR

Avtomobillərin dövlət qeydiyyatına alınmasına görə - YENİ RÜSUMLAR | FED.az
16:10 2 Avq 2018

Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edilb.

FED.az xəbər verir ki,, qərar, 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edir

Qərarda deyilir ki,minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən edilir.  

Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

 

 Sıra №-si 

   Minik avtomobilinin mühərrikinin həcmi 

   Dövlət rüsumunun məbləği

2.1.1.

2000 kubsantimetrədək

mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat

2.1.2

3000 kubsantimetrədək

100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr
hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat

2.1.3

4000 kubsantimetrədək

200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr
hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat

2.1.4

5000 kubsantimetrədək

400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr
hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat

2.1.5.

5000 kubsantimetrdən çox olduqda

1500 manat

 

Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın 2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

 

2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;

2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;

 2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3

Digər xəbərlər

Banner