Avstraliyanın Queensland əyalətində mart ayından etibarən avtomobillər üçün smaylikli qeydiyyat nişanları istifadəyə veriləcək.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Queensland əyalətində sürücülər, artıq qeydiyyat nişanlarının yanına bəzi smayliklər əlavə edə biləcək.
Müəyyən məbləğ daxilində bəzəmə məqsədiylə əlavə edilən smayliklər “qəhqəhə”, “göz qırpan”, “günəş eynəkli”, “ürək gözlü” və “gülən üz”lə məhdudlaşacaq.
Qeyd edək ki, smaylikli xüsusi qeydiyyat nişanları sosial şəbəkələrdə maraqla qarşılanıb.
Eləcə də bax: Azərbaycana 100-dən çox elektromobil gətirilib