Honq-Konqda bir park yeri 1 milyon dollara satılıb.
FED.az xəbər verir ki, 7.6 milyon Hong Kong dollarına (970 min ABŞ dolları) satılan sahə əhərin və demək olar ki, dünyanın da ən bahalı avtomobil parkinq yeri sayılır. Satış edən şəxs ötən il bir ofis binasında sahə alıb-sataraq 9 ayda 900 milyon HK dolları həcmində qazanc götürən iş adamı Çunq Şun Yee-dir.
Eləcə də bax: Bakıda ev qiymətinə olan qarajlar – QİYMƏTLƏR, VİDEO
Satışla bərabər park yeri də eyni binadadır. "The Center” binası Honq Konq-un ən uzun göydələnlərindən biri və eyni zamanda dünyadakı ən bahalı ofis binası sayılır. Müqayisə üçün bildirək ki, burada təkcə bir park yerinin qiymətinə Manhettendə bir yataq otaqlı mənzil almaq mümkündür.