Avto

Avtomobilin kilometrajını geri çəkmək – QİYMƏTLƏR, CƏZALAR

Avtomobilin kilometrajını geri çəkmək – QİYMƏTLƏR, CƏZALAR | FED.az
21:03 29 Sen 2018

Azərbaycanda avtomobillərin qiymətinin süni surətlə artırmaq üsullarından biri də onun kilometrajının geri çəkilməsi, yəni yürüş məsafəsinin azaldılmasıdır. FED.az-ın apardığı araşdırma göstərir ki, hazırda Bakı şəhərində kilometrajın geri çəkilməsi ilə onlarla usta məhğul olur. Bir qayda olaraq belələri maşının «beyni» - bort kompüteri ilə məşğul olan elektriklər - kompüter ustalarıdır. 
Eləcə də bax: Avtomobil sahiblərini necə aldadırlar? - USTA SİRLƏRİ AÇIQLAYIR


Müşahidələr göstərir ki, avtomobillərin qiymətinə müxtəlif faktorlar təsir edir. Bura istehsal ili, mühərrikin həcmi, texniki vəziyyəti, qəzaya düşüb düşməməsi vəsair aiddir. Maşının qiymətinə ən çox təsir edən məsələlərdən biri də onun yürüş məsafəsi – yəni indiyədək qət etdiyi məsafədir.
 
Yürüşün böyük olması avtomobilin çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə edir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər yürüşü saxta yolla geri çəkməyə və maşının qiymətini qaldırmağa çalışırlar.
 
Avtomobil mütəxəsisi Ramil Mikayılov FED.az-a bildirib ki, belə hal Azərbaycanda geniş yayılıb və satışa çıxarılan avtomobillərin az qala yarısı kilometrajı geri çəkilərək bazara çıxardılır.
 
Avtomobillərin yürüşünün geri çəkilməsi bahalı prosedur bahalı deyil və 30 manatdan başlayır. Bakının müxtəlif yerlərində ustadan və yürüşü dəyişdirilən avtomobilin markasından asılı olaraq qiymətlər 50-80 manatadək arta bilər.
 
R.Mikayılovun sözlərinə görə, avtomobillərin kilometrajını azaltmağın bir neçə üsulu var. Bunları bütün avtomobillərdə etmək mümkündür.
İstehsal ili 1995-dən əvvəl olan, yəni sayğacı roliklə olan maşınlarda yürüşü iynə ilə, sayğacı eloktron olanların yürüşünü isə cihazlar löhvəsini çıxardaraq geri çəkirlər.
 
Bir qayda olaraq avtomobillərin kilometrajı 50-200 min arasında geri çəkilir. Ən böyük dəyişiklik dizel yanacağı ilə iləynələrdə olur.
 
R.Mikayılov bildirir ki, dizel yanacağı ucuz olduğuna görə, onların qət etdiyi məsafə də böyük olur: «Məsələn indiyədək 350-400 min kilometr qət etmiş avtomobillər var ki, alverçilər onların yürüşünü 200 min kilometrədən azaldırlar». Benzinlə işləyən avtomobillərdə isə geri çəkilən rəqəb bu qədər böyük olmur. Çünki benzinlə işləyən avtomobillər dizellə işləyənlərdən az sürülür. Nəticədə benzin maşınları 50-100 min kilometr «təzələnir»: «Məsələn, 220-270 min kilometr yürüşü olan maşınların kilometrajı 70-80 min kilometr geri çəkilir».
 
Ekspert bildirir ki, yürüşün geri çəkilməsi ilə demək olar ki, 90% hallarda avtomobil alverçiləri məşğul olurlar. Onlar bu üsuldan istifadə etməklə maşınların qiymətini orta hesabla 2-6 min manat artırırlar.
 
Kiloetrajı ən çox geri çəkilənlər Koreya, Yaponiya və Almaniya istehsalı maşınlar, yəni Hyundai, Kia, Toyota, Mercedez, BMW-lərdir. Yürüş məsafəsinin ən çətin çəkilən «Mersedes»in GL, ML, Galenvagen, «Panorama» adlanan E klass avtomobilləri, ümumiyyətlə 2002-ci ildən sonrakı maşınlardır.
 
Müasir avtomobillərdə qət edilən məsafə barədə məlumat avtomobilin bir neçə qurğusunda saxlanılır. Yaddaşa müdaxilə edən ustalar bu mənbələrin heç də hamısını bilmədiklərinə görə, sonradan araşdırma aparanda əsl yürüş üzə çıxır. Ona görə də yeni avtomobillərdə yürüşü geri çəkmək getdikcə çətinləşir.
 
Kilometrajı geriyə çəkilmiş avtomobili müəyyən etməyin də bir neçə üsulu var. Bunlardan biri, deyildiyi kimi, avtomobildəki başqa qurğularda olan yaddaşa baxmaqdır. Bununla yanaşı, mütəxəssis bildirir ki, “Kia”, “Hyundai”  “BMW” və digər marka avtomobillərdə yürüşün geri çəkildiyini bilmək çətindir. Səbəbi həmin avtomobillərin əlavə yaddaş qutularının olmamasıdır.
 
Kilometrajın çəkildiyini avtomobilin digər xüsusiyyətlərindən də bilmək mümkündür. Avtomobilin görünüşü, texniki vəziyyəti, müxtəlif texniki sistemlərinin durumu və xarici görünüşdəki bəzi detallar onun nə qədər istifadə edildiyi haqqında məlumat verir. Bunun üçün maşını qaldıraraq onun alt hissəsini, sürətlər qutusu, mühərik və sükanın vəziyyətini öyrənmək kifayətdir.

Digər xəbərlər

Banner