Banner

Avto

Avtomobili lizinqlə necə almaq olar?  - ŞİRKƏTLƏR, ŞƏRTLƏR

Avtomobili lizinqlə necə almaq olar?  - ŞİRKƏTLƏR, ŞƏRTLƏR | FED.az
15:15 5 Fev 2019
Azərbaycanda banklar tərəfindən avtomobil kreditlərinin məhdudlaşmasından sonra kreditlə avtomobil almaq istəyənlər bunu lizinq yolu ilə həyata keçirməyə başlayıblar.
 
FED.az xəbər verir ki, 2018-ci ilin sonunda bankların avtomobil kreditləri ilə bağlı yeni tələblər də qüvvəyə minib. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiqlədiyi 29  dekabr 2018-ci ildən qüvəyyə minən “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ına əsasən, bankların avtomobil krediti verməsi bir qədər də məhdudlaşdırılıb.
 
Yeni tələbərə görə, kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır.
 
Eləcə də kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdı.


Eləcə də bax: Hansı ikinci əl maşınları almaq məsləhət deyil? - SİYAHI

Avtomobil kreditlərinə qoyulan məhdudiyətlərin fonunda avtomobillərin lizinq üsulu ilə əldə edilməsinə maraq artıb. Bunu nəzərə alaraq FED.az lizinq şirkətləri arasında avtomobillərin lizinqlə alınması şərtlərini dəqiqləşdirib.
 
Araşdırma göstərir ki, avtomobilin lizinqlə satışı zamanı tələb olunan ilkin ödənişin məbləği 20%-50% arasında dəyişir. Araşdırma aparılan “Faktor Lizinq” və “AsProf”da avtomobilləri lizinqlə həm dollar, həm də manatla almaq olar.


Eləcə də bax: "Yol polisinin bu tələbi qeyri-qanunidir" - AÇIQLAMA

 Bəzi lizinq şirkətlərində avtomobil alınması ilə bağlı məhdudiyyətlər var.
Belə ki, “Alyans Lizinq” və “Günay Lizinq”də müştərinin VÖEN hesabının olması vacibdir. Bundan əlavə “Günay Lizinq”də əgər vətəndaş rayon qeydiyyatındadırsa, yaşadığı yer Bakıdırsa, bu zaman rayon qeydiyyatında olan 1 nəfərin zaminliyi istənilir.
 
“Mcb leasing”  və “Ekolizinq”də ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara lizinq verilir.
Bundan başqa “Günay Lizinq” də müştəri ikinci əl avtomobil gətirərsə bu zaman ilkin ödəniş 40-50%, illik faiz 25% olar, avtomobil yeni olduqda isə ilkin ödəniş 25% ilkin, illik faiz 22% olur.
Həmçinin “Alyans Lizinq”də köhnə avtomobillər üçün daha çox ilkin ödəniş tələb edilir.
 
Şirkətlər Ilkin ödəniş Illik faiz İli Ay
“Faktor Lizinq” 50% 24%-dollar
32%-manat
2011 24 ay
“AsProf Lizinq” 30% 20 % – dollar
23% - manat
Fərqi yoxdur 36 - 48 ay
“Alyans Lizinq”
 
30%-50% 30%-40% manat 1999 24 ay
“Günay Lizinq” 25%-50% kohne avtomobillər üçün 25% manat
 
kohne avtomobillər üçün 22% manat
2015 3 ili
“MCB leasing” 20-40% 19-21% manat 2015 36 aya
“Ekoizinq” 20% 26% manat 2009 12-36
 
 

 

Digər xəbərlər

Banner