Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “7№-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru Xəqani Novruzov vəzifəsindən azad edilib.
“Bakı Fond Birjası”na yeni sədr təyin edildi - YENİ TƏYİNATLAR
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Orxan Novruzova həvalə olunub.
Xatırladaq ki, “7№-li Avtomobil Yollarının Yaşıllaşdırılması” şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır. (Report)