Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 milyon 414 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni eyni ayı ilə müqayisədə 16,3% çoxdur. 2018-ci ilin Yanvar ayında avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 milyon 76 min manat sığorta haqları hesabalanmışdı.
2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında könüllü avtomobil sığortası üzrə ödənişlər təxminən 5% artıb. 2018-ci ilin Yanvar ayı ərzində 831 min manat təşkil etmiş ödənişlər bu ilin eyni ayında 872 min manata qalxıb.
Qeyd edək ki, 2019-cu ilin Yanvar ayında Azərbaycana 2 512 ədəd nəqliyyat vasitəsi idxal olunub. Bu, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2,5 dəfə çoxdur. Ötən ilin Yanvarında ölkəmizə 986 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.
Eləcə də bax: Azərbaycanda avtomobil istehsalı 3 dəfə artıb
©Marja