Azərbaycanda avtomobil servis qiymətləri ucuz deyil, buna baxmayaraq servis mərkəzləri müştəri qıtlığı da çəkmir. Hazırda ən çox tələb olunan xdimətlərdən biri avtomobillərin diaqnostikasıdır. FED.az xəbər verir ki, Bakıdakı avtoservislərdə diaqnostika xidmətləri 10 manatdan başlayır və 418 manatadək davam edir.
Eləcə də bax: Bu maşınlara yaxın duran yoxdur – ƏN PİS SATILAN AVTOMOBİLLƏR
FED.az oxucu marağını nəzərə alaraq ölkədə fəaliyyət göstərən müxtəlif avtomobil markalarının servis mərkəzlərindəki ümumi və elektron diaqnostika qiymətlərini araşdırıb. Qeyd edək ki, servis mərkəzlərinin təqdim etdikləri diaqnostika qiymətləri həmin marka üzrə bütün modellərə şamil edilir.
“Toyota”
Ümumi diaqnostika 22 manat, elektron diaqnostika 33 manat;
“BMW”
Ümumi diaqnostika 17 manat, elektron diaqnostika 41 manat;
“Changan”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 15 manat;
“Fiat”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 20 manat;
“Opel”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 15 manat;
“Infiniti”
Ümumi diaqnostika 15 manat, elektron diaqnostika 46 manat;
“Nissan”
Ümumi diaqnostika 15 manat, elektron diaqnostika 36 manat;
Eləcə də bax: Xanımların bəyəndiyi avtomobil modelləri – SİYAHI, QİYMƏTLƏR
“Bentley”
Ümumi diaqnostika 200 avro (418 manat), elektron diaqnostika 100 avro (209 manat);
“KIA”
Ümumi diaqnostika 15 manat, elektron diaqnostika 15 manat;
“Volkswagen”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 30 manat;
“Lexus”
Ümumi diaqnostika 20 manat, elektron diaqnostika 30 manat;
“Porsche”
Ümumi diaqnostika 20 manat, elektron diaqnostika 30 manat;
“SEAT”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 20 manat;
“Mercedes”
Ümumi diaqnostika: avtomobil son 5 ilin istehsalıdırsa 36 manat, 5 il əvvəlin istehsalıdırsa 29 manat. Elektron diaqnostika: avtomobil son 5 ilin istehsalıdırsa 29 manat, 5 il əvvəlin istehsalıdır 23 manat;
“Lada”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 10 manat;
“Ferrari”
Ümumi diaqnostika 177 manat, elektron diaqnostika 236 manat;
“Volvo”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 30 manat;
“Suzuki”
Ümumi diaqnostika 15 manat, elektron diaqnostika 10 manat;
“Chevrolet”
Ümumi diaqnostika 16 manat, elektron diaqnostika 10 manat;
“Cadillac”
Ümumi diaqnostika 10 manat, elektron diaqnostika 20 manat;
“Lamborghini”
Ümumi diaqnostika 177 manat, elektron diaqnostika 236 manat;
“Mazda”
Ümumi diaqnostika 18 manat, elektron diaqnostika 18 manat;
“Honda”
Ümumi diaqnostika 17,70 manat, elektron diaqnostika 17,70 manat;
“Subaru”
Ümumi diaqnostika 18 manat, elektron diaqnostika 18 manat;
Eləcə də bax: Ən yığcam avtomobil modelləri – SİYAHI, QİYMƏT
Avtomobil servis mərkəzlərində diaqnostika - QİYMƏTLƏRİ
16:15
30 Mart 2018