Azərbaycanda bütün avtomobil sahiblərini maraqlandıran və onlar üçün faydalı olan yenilik qüvvəyə mənib. FED.AZ xəbər verir ki, Prezident İlham Əliyev “Asan Ödəniş” sistemi haqqında Əsasnaməyə dəyişikliklər barədə Fərman imzalayıb.
Dəyişikliklərdə sürücülərin hüquqların müdafiəsi və Dövlət Yol Polisinin öz işinə daha məsuliyyətlə yanaşması ilə bağlı bəndlər yer alıb.
Beləliklə, əsasnaməyə yeni 7.10-1-ci bənd əlavə edilib. Həmin bəndə əsasən, foto və video qurğular tərəfindən qeydə alınan inzibati xəta bir ay müddətində internet sistemindəki elektron kabinetdə yerləşdirilməyibsə, həmin şx inzibati məsuliyyətə cəlb oluna bilməz. Bununla da sürücülər sistemdə yerləşdirilməmiş protokollar üzrə cəriməni ödəməmək hüququ qazanırlar.
Yeni maddə belədir: «7.10-1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz».
Əsasnamənin 7.11-ci bəndinə edilən dəyişikliyə görə isə, inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetə yerləşdirilməzsə yol polisi bu avtomobilləri saxlayıb cərimə meydançasına apara bilməz.
Dəyişiklik belədir: «7.11-ci bəndə “edilə bilməz” sözlərindən sonra “, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz” sözləri əlavə edilsin».
Avtomobil sahibləri üçün yenilik – CƏRİMƏ SİLİNƏCƏK
13:15
18 Noy 2017