Azərbaycanda bu ilin yanvar-mart aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 28,4 mln. ton yük, 369 mln. sərnişin daşınıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 3% və 23,8% artım qeydə alınıb.
Məlumata görə, sərnişinlərin 95,5%-i avtobus, 4,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. (Apa)