Banner

Avto

Avtomobil krediti verən banklar: Yarım milyonluq kredit təklif edən bank var

Avtomobil krediti verən banklar: Yarım milyonluq kredit təklif edən bank var | FED.az
15:17 17 İyul 2019

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan yalnız 10-u avtokredit verməkdə maraqlıdır.

Bankların əksəriyyəti kredit verdiyi avtomobilin istehsal tarixindən 1 il keçməmiş verməyə meyillidirlər.

Bir çox bankların kredit vermək ilə bağlı maraqlı şərtləri də var.

Məsələn, “Amrahbank” Toyota, Mercedes, Lexus – 2010-cu ildən başlayaraq; Kia, Hyundai, Nissan, Infinity, BMW, Audi, Volkswagen son 6 ilin avtomobili olması şərti ilə verir. Bankın qeydinə görə, sport avtomobillər üçün kredit verilimir.

“Rabitəbank”ın qeydinə əsasən ilkin ödənişdə avtomobilin dəyəri 30 000 AZN-dək olduqda 50%, 30 000 AZN-dən çox olduqda 40% tələb olunur.

Aşağıdakı siyahıda göründüyü kimi “NBC Bank”dan yarım milyon manata qədər hətta avtomobil almaq üçün kredit götürmək imkanı vardır. Eləcə də, “NBC Bank”  “Ata Bank”ən uzun müddətli avtokredit verən kredit təşkilatdırı – 5 il müddətinə.

 “Xalq Bank” kreditləşmə müddətinin sonuna istifadə olunmuş avtomobilin buraxılış müddətini istehsalçı ölkəlrə görə fərləndirir. Belə ki, bank İran, Çin və MDB ölkələri üçün 5 il, ABŞ, Yaponiya, Almaniya üçün 15 il və digər ölkələr il 10 il müəyyən edir.

FED.az Banker.az-a istinadən bu siyahını təqdim edir:

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?