Hazırda ölkəmizdə fəaliyyət göstərən bankların heç də hamısı avtokredit təlif etmir. Lakin kredit təklif edənlər də var. Odur ki, FED.az avtokredit verən bankların adlarını və şərtlərini təqdim edir.
Accsessbank – Son 10 ildə istehsal olunan avtomobillərə və yeni maşınlara kredit təklif edir. Bank işlənmiş kreditə götürüləcək maşın üçün ilkin ödəniş kimi maşının dəyərinin 80% tələb edir. İşlənmiş avtomobillərdə isə bu göstərici 50%-dir. Kredit müddəti 24 aydır. Avtomobil krediti üçün illik faiz göstəricisi isə 25%-di
AtaBank – Kreditin maksimal müddəti 48-aya dəkdir. Ancaq yeni avtomobillərə kredit verilir. 30 min manatadək maşınlara ilkin ödəniş 50%, 30 min manatdan baha maşınlara ilkin ödəniş 40% olmalıdır.
Bank of Baku – Yalnız Hyundai Avto Azərbaycanın avtomobillərinə kredit təklif edir. Bir şərtlə ki, bu avtomobillər yeni olsun. Kredit maksimum 36 aya kimi təqdim olunur. İlkin ödəniş isə 50% olmalıdır. Bu zaman illik kredit faizi 20% təşkil edir.
Bank Respublika – Yalnız yeni avtomobillərə kredit təklif edir. Bu zaman maşının qiyməti 30 minə kimidirsə 50-59%, 30 min manatdan bahadırsa o zaman 40-49% ilkin ödəniş edilməlidir. Kreditin illik faizi 24-26%-di.
Günaybank – İstehsal ili 2015-ci ildən olan maşınlara avtokredit təklif edir. İlkin ödəniş kimi 40-50% tələb olunur. İllik faiz isə 25-30% təşkil edir.
Xalq Bank – 30 minədək yeni avtomobillərə 50% ilkin ödəniş tələb edir. Bu zaman illik faiz 25-28% təşkil edəcək. 30 min manatdan baha yeni maşınlar üçün isə 40% ilkin ödəniş tələb olunur. Bu zaman illik faiz göstəricisi 25-28% arasında dəyişir. Bank işlənmiş avtomobillər üçün isə ilkin ödəniş kimi məbləğin 60-80%-ni tələb edir.
Rabitəbank – Yalnız yeni avtomobillərə kredit verilir. Lakin sport car-lar limuzinlər və bu tip bahalı avtomobillər üçün kredit verilmir. Kredit maksimum 3 illik təklif edilir. Dəyəri 30 min manatadək olan avtomobillər üçün ilkin ödəniş kimi 50%, 30 mindən baha avtomobillər üçün isə 40% ilkin ödəniş tələb olunur. Kredit faizləri isə kreditin müddətindən asılı olaraq 16-18-19% arasında dəyişir.
Bu arada Rabitəbankda 31 avqusta qədər yeni Hyundai Tucson avtomobilləri üçün kampaniya keçirilir. Belə ki, bu maşınlardan göstərilərən tarixə qədər kredit götürənlərə komissiya haqqı 0 faiz olacaq. Qeyd edək ki, digər hallarda istənilən bankda kredit faizi tutulur.
Turanbank – Digər banklarla müqayisədə Turanbank istehsal ili daha köhnə avtomobillərə kredit təklif edir. Belə ki, bank 2012-ci il istehsalı olan avtomobillərə kredit verir. Lakin bu zaman avtomobilin 20% maliyyələşdirilir.
Yeni avtomobillərə gələincə isə bu zaman avtomobilin 50% ilkin ödəniş kimi olunmalıdır. Kredit maksimum 36-aya qədər verilir. Bu zaman illik faiz isə 20-24% təşkil edir.
Yapı Kredi Bank – Bank yeni avtomobillər üçün ilkin ödənişi digər banklarda olduğu kimi 50% tələb edir. İşlənmiş avtomobillərə gəlincə isə ilkin ödəniş kimi 70-80% ilkin ödəniş tələb olunur. Həm yeni həm də işlənmiş avtomobillərə illik 18-19% tələb olunur. Avtomobillərin qiymətinə gəlincə isə 100 min manata qədər avtomobillərə kredit verilir.